"Arsenal"ın yarımmüdafiəçisi Ethan Nvaneri üçün UEFA Çempionlar Liqasının 8-ci turunun "Jirona" ilə səfər matçı (2:1) əlamətdar olub.
Publika.az xəbər verir ki, 17 yaşlı futbolçu turnirdə debüt qolunu vuraraq fərqlənib. Nvaneri bu turnirdə qol vuran ikinci ən gənc ingilis oyunçu olub - 17 yaş 314 gün. Bu barədə "Opta" məlumat yayıb.
Rekord 2021-ci ildə 17 yaş 289 günlüyündə "Borussiya Dortmund" üçün qol vuran Cud Bellinqemə məxsusdur.