Son iki il ərzində süni intellektə (AI) malik mobil tətbiqlərdən əldə edilən aylıq gəlir 37 dəfə artıb. Araşdırma göstərir ki, smartfon istifadəçiləri çat-botlara 1.4 milyard dollar xərcləyiblər. 2025-ci ildə bu cür tətbiqlərə istehlak xərclərinin 2 milyard dolları keçəcəyi gözlənilir.
Geniş fərqlə yükləmələr baxımından bazarın lideri ?OpenAI?nin ?ChatGPT? çat-botudur. Smartfon istifadəçiləri bu tətbiqə 529 milyon dollar xərcləyiblər. Bu ilin iyul ayından ?ChatGPT?nin aylıq gəliri bütün digər populyar köməkçi proqramların ümumi gəlirini üstələyib.
Çat-botlar ən populyar AI tətbiqləri olaraq qalır. Son iki il ərzində ağıllı köməkçilər yükləmə reytinqində ilk on yerdən səkkizi tutub. Süni intellekt tətbiqlərinin əksər istifadəçiləri 18-24 yaş arası gənclərdir. Eyni zamanda, bu cür tətbiqlərə qlobal xərclərin 64%-i ABŞ-nin payına düşür.