ABŞ-də kommersiya neft ehtiyatları doqquz həftəlik azalmadan sonra yenidən artıb.
Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 463 min barel artaraq 415 126 min barel təşkil edib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında ?qara qızıl?ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.