AZ

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Bakı. Trend:

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərmanvasitələrinin mərhələli qaydada icbari tibbi sığorta iləqarşılanması nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri,növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçündərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

"Bununla bağlı, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklikAzərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilinsonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqlarınicra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxttələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısındabaşlanılması nəzərdə tutulub.

Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsastəsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarlabağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanlarınbrend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədənibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaştərəfindən ödəniləcək məbləğ", - deyə Agentlikdən bildirilib.

Vuğulanıb ki, dərmanların qiymətinə gəlincə, eyni təsiredicimaddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdənasılı olaraq fərqli ola bilər.

"Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hərbirinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanınqiymətindən asılı olaraq, onun ödədiyi məbləği isə fərqli olabilər.

İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektronreseptlər əsasında həyata keçiriləcək. Vətəndaş elektron resept iləAgentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəkidərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitivsiyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsiolan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həminaptekləri asanlıqla tanıya və tapa bilsinlər",- deyə əlavəedilib.

Seçilən
9
11
az.trend.az

10Mənbələr