Salyanda minik avtomobilin kanala aşması nəticəsində dörd nəfər ölüb. Hadisə rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
Qəza nəticəsində Dayıkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsmayılova Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.
Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.
Faktla bağlı araşdırma aparılır.