NBA-də yanvarın 29-na keçən gecə baş tutan oyunlarda bir sıra maraqlı nəticələr qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, günün ən gərgin qarşılaşmalarından biri “Dallas Mavericks” və “New Orleans Pelicans” arasında olub. “Mavericks” komandası rəqibini cəmi 1 xal fərqlə, 137:136 hesabı ilə məğlub edib.
“Boston Celtics” isə öz meydanında inamlı çıxış edərək “Chicago Bulls” üzərində 122:100 hesablı qələbə qazanıb. “Cleveland Cavaliers” səfərdə “Miami Heat”-i 126:106 hesabı ilə məğlub edərək vacib qələbə əldə edib.
Gecənin nəticələrini təqdim edirik:
• “Brooklyn Nets” – “Charlotte Hornets” 104:83
• “Indiana Pacers” – “Detroit Pistons” 133:119
• “Toronto Raptors” – “Washington Wizards” 106:82
• “Philadelphia 76ers” – “Sacramento Kings” 117:104
• “New York Knicks” – “Denver Nuggets” 122:112
• “LA Clippers” – “San Antonio Spurs” 128:116
• “Minnesota Timberwolves” – “Phoenix Suns” 121:113
• “Golden State Warriors” – “Oklahoma City Thunder” 116:109