Çempionlar Liqasında Liqa mərhələsinin son turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bunlar PSJ-dən Usman Dembele, "Atletiko"dan Antuan Qrizmann, "Aston Villa"dan Morqan Rocers və "İnter"dən Lautaro Martinezdir.
Dembele "Ştutqart"la görüşdə, Rocers "Seltik"lə oyunda, Martinez "Monako" ilə matçda het-trik edib. Qrizmann isə "Zalsburq"un qapısına 2 qol vurub.
Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində məlum olacaq.