AZ

30 yanvar - Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradılıb.Missiya.Az xəbər verir ki, komitənin vəzifələri gömrük işini təşkil etmək və onu təkmilləşdirmək, gömrük siyasətini həyata keçirmək, ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük ərazisinin vahidliyini təmin etmək, gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etməkdir.

Ümumilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib. Heydər Əliyevin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir.

Gömrük əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində nailiyyətlər arzulayırıq!

Zərintac MayisqızıMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr