AZ

Moldovanın Olimpiya mükafatçısı Bakıda çıxış edəcək

Olimpiadanın bürünc mükafatçısı Denis Vieru fevralın 14-16-da Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində Moldova millisinin heyətində yer alacaq.

İdman.biz xəbər verir ki, 28 yaşlı idmançı həmçinin dünya çempionatlarının ikiqat bürünc mükafatçısı və 2023-cü ilin Avropa çempionudur.

Bundan başqa, Vieru Bakıda keçirilən "Böyük Dəbilqə" yarışlarında dörd dəfə fəxri kürsüyə qalxıb və ümumilikdə iki dəfə qalib olub, bir dəfə gümüş və bürünc medal qazanıb.

O, bütün nailiyyətlərini 66 kq çəkidə qazansa da, indi 73 kq-dək çəki dərəcəsində çıxış edəcək.

Yarışda Moldova komandasının heyətində həmçinin Viktor Sterpu (73 kq), Petru Pelivan (81 kq) və Mixail Latitsev (90 kq) da yer alacaq.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr