AZ

Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda güclü mövqelərə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, müstəqil xarici siyasət yürüdən Azərbaycan Prezidenti İlham Əliyev bunun sayəsində çox güclü dayaqlar əldə edib:

“Qarabağ müharibəsi nəticəsində Azərbaycan əvvəlkindən daha müstəqil fəaliyyət göstərmək iqtidarında olduğunu duyur. On il əvvəl Putin bir telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. Amma indi Əliyevin Ankara ilə çox yaxşı əlaqələri var. Həmçinin Qərbin İrana münasibəti yaxşılaşmır, Azərbaycan öz sərbəstliyi üçün bundan da yararlanır”.

İskəndəryanın fikrincə, son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi həm də onunla bağlıdır ki, Bakı imkanlarının genişlənə biləcəyini və genişləndiyini görür: “44 günlük müharibə nəticəsində Rusiya Cənubi Qafqazda hegemonluğunu itirdi. Bundan sonra Azərbaycan Türkiyənin bölgəyə daxil olmasına imkan yaratdı. Bu, Bakının imkanlar pəncərəsini genişləndirdi”.

Politoloq vurğulayıb ki, Rusiya və Azərbaycan arasında təyyarə ilə bağlı yaşanan insident Bakının fərqli hərəkət etmək qabiliyyətinə malik olduğunu göstərdi:

“Üstəlik, bu gün Rusiya və Azərbaycanın 2020-ci ildən əvvəlki - 2022-ci ildən sonrakı ortaq maraqları daha çoxdur. Azərbaycan Rusiya üçün Ermənistandan daha dəyərlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
1
teleqraf.com

1Mənbələr