AZ

Müəllim oğlunun vaxtsız ölüm xəbərini eşidən ananın ürəyi dayandı 

Uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs demiş, son zamanlar isə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq şəraitində təhsilimizə fayda vermiş Seyran Cəfərov dünyasını dəyişib.

Referans.az xəbər verir ki, Musavat.com-un aldığı məlumata görə, şəkər xəstəliyi ilə əlaqədar ağır müalicə kursları qəbul edən S.Cəfərovun ölüm xəbərini eşidən anası, Lənkəran rayon Günəyir kənd sakini Məhrəba Cəfərovanın da ürəyi dayanıb.

Ana və vaxtsız dünyasını dəyişən müəllim övladı dünən Günəyir kənd qəbristanlığında yanaşı dəfn ediliblər.

Lənkəram Dövlət Universitetini bitirdikdən sonra Bakı şəhəri, Xətai rayonunda yaşayan və işləyən Seyran müəllim 3 uşaq, iki qız, bir azyaşlı oğul atası idi. Onun həyat yoldaşı Xalidə xanım da Bakı şəhərindəki məktəblərin birində müəllimədir. Seyran Cəfərovun və anasının ölümü onu tanıyanları, minlərlə şagirdlərini, ziyalı yoldaşlarını dərin kədərə qərq edib.

Allah rəhmət eləsin!


8dd5ef58-ebb3-4867-8256-43125296c3a7.jpeg


Seçilən
1
referans.az

1Mənbələr