AZ

Vaşinqtonda təyyarə ilə helikopter toqquşub - 67 nəfərdən xəbər yoxdur (VİDEO)

Bu gün səhərə yaxın Vaşinqtondakı Ronald Reyqan hava limanı yaxınlığında ticarət təyinatlı təyyarə ilə hərbi helikopter havada toqquşub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəzadan sonra çaya düşən təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə isə 3 hərbçinin olduğu xəbəri yayılıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, "American Airlines" şirkətinə məxsus kommersiya təyyarəsi və hərbi helikopter toqquşmadan sonra Potomak çayına düşüb: "Qəza ilə bağlı araşdırmalara başlanılıb. Təyyarə və helikopterdə olanların taleyindən xəbər yoxdur. Hazırda əraziyə çoxlu sayda polis, tibb işçiləri və xilasedicilər göndərilib..."

Lamiyə ƏHMƏDLİ
MİA.AZ

Seçilən
3
50
mia.az

10Mənbələr