AZ

Bakıda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı tezliklə mühüm uğurların şahidi olacağıq - Xanlar Fətiyev

Bakı. Trend:

Azərbaycanın inkişafını göstərən ən mühüm amillərdənbiri də yol-nəqliyyat sistemində baş verən keyfiyyətdəyişiklikləridir. Bu sahədə görülən işlərin nəticəsi olaraqrespublikamızda həm avtomobil yollarını, həmi dəmir yollarını, həmdə hava nəqliyyatını əhatə etməklə olduqca mükəmməl və müasirstandartlara cavab verən yol-nəqliyyat infrastrukturuyaradılıb.

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədəPrezident İlham Əliyevin diqqətə çatdırdığı məsələlər,səsləndirdiyi fakt və rəqəmlər göstərdi ki, respublikamızdanəqliyyat sahəsində nə qədər əhatəli işlər və böyük uğurlar əldəedilib. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobilyolunun inşası və təmir edilməsi, 1500 kilometrdən çox dəmiryolunun, 335 körpü və yol ötürücüsünün, 45 tunel, 163 yerüstü vəyeraltı keçidin tikintisi göstərir ki, yol-nəqliyyatinfrastrukturunun inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindəsaxlanılıb. O cümlədən Bakı, Naxçıvan, Gəncə və Lənkəran havalimanları yenidən qurulub, Qəbələ, Zaqatala, Füzuli və Zəngilandabeynəlxalq hava limanları inşa edilib.

Məlum olduğu kimi hazırda Avrasiyada beynəlxalq yükdaşımalarısahəsində böyük rəqabət var. Ölkəmiz isə yol-nəqliyyatinfrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasısahəsində yuxarıda qeyd olunan uğurlara nail olmaqla, habeləBakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini həyata keçirməklə həmdə Cənubi Qafqazın nəqliyyat qovşağına çevrilib. Bütün bunlar birdaha Prezident İlham Əliyevin uzaqgörənliyindən, dünyada gedənprosesləri zamanında və düzgün qiymətləndirməsindən xəbər verir.Çin dövləti də irəli sürdüyü “Bir Kəmər və Bir Yol” təşəbbüsüçərçivəsində Azərbaycandan keçən Orta Dəhlizin potensialını yüksəkqiymətləndirir. Zəngəzur dəhlizinin reallaşması isə Orta Dəhlizinimkanlarını daha da artıracaq.

Respublikamızda yol-nəqliyyat infrastrukturunun inkişafı yalnızrespublika və beynəlxalq əhəmiyyətli deyil, həm də yerli vəkəndlərarası yolları da əhatə edir. İndiyədək icra edirlmişregionların sosial-iqtisadi inkişafına dair bütün dövlətproqramlarında yerli yolların yenidən qurulması diqqət mərkəzindəsaxlanılıb. Böyük məmnunluqla qeyd edilməlidir ki, Prezident İlhamƏliyev rayonlara səfərdən sonra yerlərdə yeni yolların çəkilişi iləbağlı sərəncamlar imzalayıb və bu məqsədlə Prezidentin EhtiyatFondundan vəsait ayrılıb. Bu istiqamətdə həyata keçirilmiş işlərinstatistikasına nəzər salanda görürük ki, 2003-cü ildən indiyədəkrespublikamızda çəkilən və yenidən qurulan təkcə kəndlərarasıyolların uzunluğu 5.1 min km-dən çoxdur. Hətta tarix boyu avtomobilyolunun olmadığı yerlərdə yollar çəkilib.

Yol həm də inkişaf deməkdir. Təsadüfi deyil ki, ölkəmizdəyol-nəqliyyat infrastrukturunda baş verən keyfiyyət dəyişiklikləri,yeni avtomobil yollarının salınması regionların iqtisadipotensialının hərəkətə gətirilməsinə, turizmin inkişafına böyüktöhfələr verib.

O da məlumdur ki, Azərbaycanın inkişafı, bunun nəticəsi kimiavtomobillərin sayının artması həm də yollarımızın, xüsusən paytaxtBakının yol infrastrukturunun həddən artıq yüklənməsinə səbəb olub.Bir sıra yollarda yalnız pik saatlarında deyil, bütün gün ərzindəyaranan tıxaclar əlbəttə ki, çətinliklərə yol açır. Düzdür,indiyədək Bakıda yol-nəqliyyat infastrukturunun inkişafıistiqamətində mühüm işlər görülüb. Xüsusən Prezident İlham Əliyevin2006-cı ildə təsdiq etdiyi "Bakı şəhərində nəqliyyat sisteminintəkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"naəsasən Bakıda nəqliyyat problemlərinin həlli, yolların buraxılışqabiliyyətinin artırılması, xüsusilə pik saatlarında şəhəringündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradanqaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafınınvə səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühümtədbirlər həyata keçirilib, yeni müasir yolları və yol qurğuları,körpülər, yeraltı və yerüstü keçidlər tikilib. O cümlədən ictimainəqliyyat sisteminin inkişafı diqqət mərkəzində saxlanılıb, 2008-ciildən bəri metronun yeddi yeni stansiyası inşa edilib, avtobuslarınvə taksilərin fəaliyyəti ilə bağlı müasir standartlara cavab verəntəkmilləşmə işləri aparılıb. Əgər indiyədək bu işlər görülməsəydiBakı şəhərində nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinədüşərdi.

Lakin həyat bir yerdə durmayaraq inkişaf edir, avtomobillərin, ocümlədən paytaxt əhalisinin sayı da artır. Nəqliyyat məsələlərinəhəsr olunmuş müşavirədə qeyd olunduğu kimi indi gün ərzində 630mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğruyönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərinmərkəzinə doğru hərəkət edirlər. Xüsusən də Sumqayıt-Xırdalanistiqaməti burada böyük paya malikdir. Bütün bunlar paytaxtınyol-nəqliyyat sisteminin daha da təkmilləşdirilməsini zəruriedir.

Bu məqsədlə yeni proqramm qəbul ediləcək. Prezident İlhamƏliyevin qeyd etdiyi kimi bu, çox böyük, maliyyə tutumlu, bütünaidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələbedən proqram olacaq. Proqram üç əsas məqsədi qarşıya qoyub. Bunlardaha sürətli, daha təhlükəsiz və daha ekoloji mobillik imkanlarınınyaradılmasıdır.

Müşavirədə qeyd edildiyi kimi nəqliyyat sahəsindəki problemləriaradan qaldırmaq üçün Bakıda 9 avtomobil yolu layihəsinin həyatakeçirilməsi, yeni 10 metro stansiyasının tikintisi, dəmir yolununxidmətlərinin genişləndirilməsi və digər vəzifələr nəzərdətutulur.

Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm dəonun malik olduğu yol-nəqliyyat sisteminin səviyyəsi ilə ölçülür.Bu isə yol infrastrukturunun yalnız müasir standartlara cavabverməsini deyil, həm də onun mobilliyini və çevikliyini tələb edir.Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu məsələlər genişmüzakirə olundu. Problemlər qeyd edilməklə, həm də onların həlliilə bağlı görüləcək işlər, qəbul ediləcək proqramda qarşıya qoyulanvəzifələr ictimaiyyətə bəyan edildi. Göründüyü ki, nəqliyyatproblemlərinin həlli ilə bağlı aidiyyatı qurumların təkmil vədəqiqləşdirilmiş fəaliyyət proqramı var. Bu da onu göstərir ki,Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması iləbağlı qısa müddətdə böyük uğurlar əldə ediləcək.

Ümumilikdə isə bu müşavirənin keçirilməsi bir daha göstərdi ki,Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhzAzərbaycan vətəndaşı dayanır. Çünki yollarımızın mobillikstandartlarına yüksək səviyyədə cavab verməsi həm də sosial məsələolmaqla vətəndaşların məmnuniyyətinə və rifahına xidmət edir.

Milli Məclisin deputatı

Xanlar Fətiyev

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr