Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlıqdakı vəziyyət Qərbin qeyri-qanuni sanksiyaları səbəbindən narahatlıq doğurur.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov bildirib.
Səfir iqtisadi əməkdaşlıqdakı vəziyyətin onu çox narahat etdiyini deyib:
“Burada təəssüf ki, hər şey yaxşı getmir. Bunun səbəbi aydındır. Qərb təkcə Rusiyaya deyil, həm də xarici ticarət tərəfdaşlarımıza, o cümlədən Türkiyəyə qarşı qeyri-qanuni sanksiyalar tətbiq edir. Bu vəziyyət xüsusilə bizim ikitərəfli ticarətimiz üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. İki ölkə arasında ticarət dövriyyəsi azalıb. Bizdə olan məlumata görə, 2024-cü ilin ilk 11 ayında ticarət 7,6 faiz azalıb”.