AZ

Bağırov onların 3 aydır gecikən maaşını, nəhayət ki, verdi

Dövlət Gömrük Komitəsinin 3 aydır əmək haqqını ala bilməyən əməkdaşlarının maaşları artıq ödənilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a Komitədən məlumat verilib.

Xatırladaq ki, bundan öncə mediada DGK əməkdaşlarından bəzilərinin 3 aydır maaş almadığına dair məlumat yayılmışdı. Komitə sədri Şahin Bağırov da mediaya açıqlamasında məlumatı təsdiqləyərək, bəzi texniki məsələlərin olduğunu, yalnız onların həllindən sonra maaş veriləcəyini bildirmişdi.

Seçilən
18
hurriyyet.az

1Mənbələr