Ukrayna ABŞ prezidenti Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə proqramların maliyyələşdirilməsini dayandırmaq qərarından şok içindədir...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Guardian qəzeti yazıb.
ABŞ-Ukrayna Veteranlar Körpüsünün icraçı direktoru Corc Çevninq deyib: "Bir çox insanlar yardımın hərtərəfli nəzərdən keçiriləcəyini düşünürdülər. işlərini və layihələrini əsaslandırmaq üçün hazır idilər, lakin heç kim maliyyənin kəsiləcəyini gözləmirdi".
Nikolaev merinin müavini Vitali Lukov belə bir qərarın "mənəviliyə təsir etdiyini" bildirib: "Biz həqiqətən nə edəcəyimizi bilmirik".
Anonimlik şərti ilə danışan mənbə qeyd edib ki, yeni Tramp administrasiyası əvvəlkiləri məhv etmək və tamamilə yeni bir şey qurmaq istəyir.
Yanvarın 28-də Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İrina Vereşçuk prezident Donald Trampın Kiyevə yardımın maliyyələşdirilməsini dondurmaq qərarından sonra ABŞ-la məsləhətləşmələr apardığını açıqlayıb. O, Vaşinqtonun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) layihələrinin maliyyəsini 90 gün müddətinə dondurmaq qərarını gözlənilməz və xoşagəlməz xəbər adlandırıb.
Əvvəllər Reuters məlumatlı mənbəyə istinadən yazmışdı ki, USAID Kiyevə dəstək olan layihələri dondurub. Təşkilatın Ukraynadakı layihələrə cavabdeh olan zabitlərinə bütün işləri dayandırmaq əmri verilib.
Poliqon.info