AZ

“İrşad”dan şikayət: “Vicdanınız olsun…”- VİDEO

Vətəndaşlardan biri “İrşad” mağazalar şəbəkəsindən şikayətçidir. AzPost bildirir ki, sosial şəbəkə hesabında paylaşım edən şəxs bildirir ki, “İrşad” mağazalar şəbəkəsindən aldığı noutbuk problemli olub.

Vətəndaş zəmanəti olduğu üçün şirkətə müraciət edib. İki dəfə noutbuk ayrı-ayrı vaxtlarda servisdə olub. “1 il zəmanət veriblər, onun 5 ayı noutbuk servisdə olub. Kim zəmanət verir ki, yenidən problem çıxmayacaq. Hər dəfə servisdə qalmağa 45 gün vaxt gedir. Ya pulumu qaytarsınlar, ya da yeni noutbuk versinlər” – deyə o, müraciətində qeyd edib.

Vətəndaş ona maddi ilə yanaşı mənəvi ziyan dəydiyini də əlavə edib. “Bu qədər insanlarin əsəbləri ilə oynamaq olmaz! Mənim vaxtım, əsəblərim getdi bu kompüteri alandan bəri. Endirimli qiymətə almışdım. Belə başa düşdüm ki, “İrşad” keyfiyyətsiz mallara endirim qoyur. Vicdanınız olsun, biz o pulu dişimizlə, dırnağımızla, əziyyətlə qazanırıq” – deyə müştəri müraciətində bildirib.

“İrşad”dan vətəndaşın şikayətinə uyöun olaraq bildirilib ki, şirkət üçün hər bir müştəri və onlara göstərilən xidmət səviyyəsi çox böyük əhəmiyyət kəsb edir. “Təəssüf ki, belə bir vəziyyətlə qarşılaşmanız bizim üçün də çox narahatedici bir məsələdir.

Müraciətinizi müvafiq şöbəyə yönləndirəcəyik və ən qısa zamanda məsələni həll etməyə çalışacağıq” – deyə şirkətin açıqlamasında bildirilir.

Seçilən
0
azpost.info

1Mənbələr