AZ

Alimlər bitkilərin təkamülünün 600 milyon llik sirrini açıb

Vageningen Universitetinin niderlandlı alimləri bitkilər üçün həyati əhəmiyyət kəsb edən, böyümə və inkişafdan məsul olan ARF zülalının 600 milyon il əvvəl - ilk bitkilərin ortaya çıxmasından 100 milyon il əvvəl meydana gəldiyini kəşf edib...

Poliqon xəbər verir ki, tədqiqat Nature Communications (NatComms) jurnalında dərc olunub.

ARF (auxin cavab faktoru) zülalı bitki artımının tənzimlənməsində əsas rol oynayır. İşığa yönəldilmiş böyümə (fototropizm) və kök inkişafı kimi prosesləri idarə edən auxin hormonuna cavab verir.

Alimlər ARF-nin mənşəyini bitkilərin birhüceyrəli əcdadı, yaşıl yosun Chlorokybus melkonianii ilə əlaqələndiriblər. Məlum olub ki, ARF iki protein fraqmentinin: xromatin və transkripsiya faktorlarının birləşməsi nəticəsində meydana çıxıb. Birincisi zülalların qarşılıqlı təsirindən məsuldur, ikincisi isə DNT-yə bağlanır və gen fəaliyyətini tənzimləyir.

Maraqlıdır ki, xromatin faktoruna təkcə bitkilərdə deyil, insanlarda, heyvanlarda və göbələklərdə də rast gəlinir. Bununla belə, bitkilərdə kompleks böyümə tənzimləmə sisteminin bir hissəsinə çevrilərək yeni bir funksiya əldə edib.

Zamanla ARF iki sinfə bölünüb: aktivatorlar və repressorlar. Birincisi auksinin iştirakı ilə genləri işə salır, ikincisi isə əks funksiyanı yerinə yetirir. Bu bölgü bitkilərə böyümələrini incə şəkildə tənzimləməyə və ətraf mühitə uyğunlaşmağa imkan verib.

Alimlər deyirlər ki, bitki təkamülünün qədim sirrinin açılması biologiya və kənd təsərrüfatında yeni tədqiqat yolları açıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr