AZ

Arvadını danlayan market müdirini kürəklə DÖYDÜ

Ajans.az xəbər verir ki, Paivanın hücumu təhlükəsizlik kameralarına düşüb. Hücum edən şəxs kürəyi çiynində daşıyaraq sakitcə bazarın qarşısına keçib və 40 yaşlı mağaza müdiri Klaudio Soares dos Santosa hücum edib. 

Dəhşətli hadisə təhlükəsizlik kameralarına düşüb. Paytaxt Braziliyanın şimal-qərbindəki Sinop şəhərində baş verən hadisədə 29 yaşlı Danielson Martins Paiva adlı təcavüzkar 18 yanvar şənbə günü bazara gəlib. Təhlükəsizlik kamerasının görüntülərində Paivanın bağ alətlərini yoxladıqdan sonra kürək seçdiyi görünür.

Kürəyi çiynində daşıyan basqınçı sakitcə bazarın qarşısına keçir. Bu arada, 40 yaşlı mağaza müdiri Klaudio Soares dos Santos telefonla danışarkən və pəncərəyə baxarkən hücumçunu görmür. Paiva fürsət tapan kimi kürəklə müdirin başına vurub. Dəhşətli görüntülərdə dos Santosun zərbənin təsirindən donaraq yerə yıxıldığı görünür. Zərbənin gücü ilə müdirin əlindəki telefon uçur.

Dos Santos yerdə qıvrılarkən, məəttəl qalmış işçilər və müştərilər köməyə tələsirlər. Bazar işçiləri qısa müddətdə Paivanı zərərsizləşdirib və mühafizəçilər təcavüzkarı aparıblar. Təcavüzkar ifadəsində bu hücumu həyat yoldaşının işinin çoxluğundan və məzuniyyətin olmamasından şikayət etdiyi üçün etdiyini bildirib. "Qorxaq" kimi təsvir edilən Paiva adam öldürməyə cəhd ittihamı ilə həbs edilib.

Sağ qaldığı üçün şanslı olduğunu ifadə edən dos Santos, "Telefonum qulağımın içindən parçalandı və onu tikmək məcburiyyətində qaldılar. Amma telefon zərbənin şiddətini azaldıb" ifadələrini işlədib. Dos Santos xəstəxanadan buraxılıb və evində sağalır.

 

Seçilən
0
Ajans.az

1Mənbələr