AZ

İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və ixtisaslı kadr hazırlığı strateji hədəf kimi müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Məzun Günü” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yerli kibertəhlükəsizlik məhsullarının inkişafını dəstəkləməklə sahənin dayanıqlı inkişafına töhfə verir:

"Azərbaycan Prezidentinin 16 yanvar 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsallaşma ilə yanaşı, dövlətin, biznesin və vətəndaşların fərdi məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT sahəsində peşəkar kadr hazırlığını hədəfləyir. Bununla yanaşı, Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, eləcə də 2023–2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasında da kadr potensialının artırılmasına dair konkret tədbirlər nəzərdə tutulub".

F. Osmanov hesab edir ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə fəaliyyətini genişləndirərək peşəkar mütəxəssislər və təlimçilər yetişdirməklə yanaşı, ekosistem daxilində qarşılıqlı əlaqəni gücləndirir, şirkət və qurumların bu prosesə aktiv cəlbini təşviq edir. Həmçinin bacarıqların real mühitdə sınanmasına imkan yaradan hakatonlar və yarışlar təşkil etməklə kibertəhlükəsizlik sahəsində praktiki bilik və təcrübənin artırılmasına dəstək verir”.

Seçilən
1
1
far.az

2Mənbələr