Kanzas senatoru Rocer Marşall bildirib ki, Vaşinqtonda baş verən təyyarə qəzasında ştatın 60-a yaxın sakini həlak ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Kanzas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.
Xadırladaq ki, qəza nəticəsində ölən 19 nəfərin meyiti tapılıb.
Müəllif: Qənirə Süleymanova