AZ

İlon Mask Nobel Sülh Mükafatına namizəd olmaqdan imtina edib

SpaceX və Tesla şirkətlərinin yaradıcısı, amerikalı milyarder İlon Mask Nobel Sülh Mükafatına namizədlikdən imtina edib...

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Mən heç bir mükafat istəmirəm", deyə Mask Avropa Parlamentinin sloveniyalı üzvü Branko Qrimsin onu Nobel Sülh Mükafatına namizəd göstərməsi təşəbbüsünü şərh edərkən bildirib.

Qeyd edək ki, bir gün əvvəl Maskın söz azadlığının və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə mükafata namizəd göstərildiyi bildirilib.

Yanvarın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampın münaqişələri həll edə biləcəyini sübut edəcəyi təqdirdə Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Tramp amerikalıları "xoşbəxt" etməkdən daha çox şey haqqında düşünməlidir.

Noyabrda Ukrayna Ali Radasının deputatı Oleksandr Merejko Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib. Onun fikrincə, amerikalı siyasətçi dünyanın inkişafına mühüm töhfə verib və gələcəkdə bunu etmək imkanı hələ də var.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr