AZ

Tramp təyyarə qəzası ilə bağlı açıqlama verib

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində baş verən qəza ilə bağlı yazılı açıqlama verərək, hadisələri yaxından izlədiyini və insanların sağ qalması üçün dua etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp ilk müdaxilə edənlərə təşəkkür edib və baş verən hadisələri açıqlayacaqlarını bildirib.

Daha sonra "Truth" sosial media platformasında açıqlama verən Tramp, təyyarənin öz marşrutu ilə uçuş-enmə zolağına doğru eniş etdiyini bildirib.

"Helikopter uzun müddət birbaşa təyyarəyə doğru gedirdi. Aydın bir gecə idi və təyyarənin işıqları yanırdı. Nə üçün idarəetmə qülləsi təyyarəni görüb-görmədiyini soruşmadı?" - deyə sual verib.

Qəza ilə bağlı təhqiqat başlanılıb və Amerika mətbuatında yayılan xəbərlərə görə, hələlik sağ qalan olmayıb.

ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) verilən açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub. Sərnişin təyyarəsi, American Airlines-a məxsus olub, toqquşmadan sonra Potomak çayına düşüb.

American Airlines rəsmiləri açıqlama verərək, Kanzasdan Vaşinqtona gələn təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olduğunu bildirib. Pentaqon rəsmiləri isə qəza nəticəsində hərbi helikopterdə üç hərbçinin olduğunu, amma yüksək rütbəli məmurun olmadığını açıqlayıb.

Seçilən
24
31
turkic.world

10Mənbələr