Bakı. Trend:
2020-ci ilədək məktəblərdə psixoloq sayı şagird sayına kifayətedəcək səviyyədə deyildi. Amma indi məktəblərdə 1000 nəfər şagirdsayına qədər bir psixoloq, 1000-3000 min arası şagird sayına görəiki, 3 mindən çox şagirdi olan məktəblər üzrə isə 3 psixoloqfəaliyyət göstərir.
Trend xəbərverir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirmüavini Anar Qədiməliyev “Dəyişiklik səndən başlayır! Ümumtəhsilməktəblərində bullinqlə mübarizə” adlı layihənin təqdimatmərasimində deyib.
O bildirib ki, sevindirici xəbər ondan ibarətdir ki,2024-2025-ci il üzrə tədris ilində pilot məktəblərdə bullinqləmübarizə adı altında bir sənəd qəbul edilib: "O sənəddə pilotlayihələr çərçivəsində bullinqin müəyyən olunması və onunqarşısının alınması məsələləri öz əksini tapıb.
Bundan başqa, 2020-ci ildə verilmiş əmrə əsasən, məktəblərimizdəpsixoloq sayı artırılmalıdır. Belə ki, 2020-ci ilədək məktəblərdəpsixoloq sayı şagird sayına kifayət edəcək səviyyədə deyildi. Ammaindi məktəblərdə 1000 nəfər şagird sayına qədər bir psixoloq,1000-3000 arası şagird sayına görə iki, 3 mindən çox şagirdi olanməktəblər üzrə isə 3 psixoloq fəaliyyət göstərir. Psixoloq sayı nəqədər çox olarsa, şagirdlərlə iş görmək məsələsi bir o qədərgenişlənir".
"Bundan əlavə, psixoloqların davamlı olaraq peşəkar inkişafınıntəminatı məsələsi ilə bağlı həm Təhsil İnstitutu, həm də digərqrumlar müxtəlif layihələr təqdim edir. Psixoloqlar bu prosesdənfaydalanmaqla bullinq və digər ciddi problemlərlə mübarizə aparmaqgüclərini genişləndirirlər", - deyə o qeyd edib.