AZ

Bankların kredit portfeli 109 milyon manat artdı

Kredit portfelinin artımı ötən ilin dekabr ayında da davam edib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manat olub.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat); ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat). Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
0
2
teleqraf.com

3Mənbələr