AZ

BƏƏ-nin ilk “Rafale” qırıcısı istehsal xəttindən çıxıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sifarişi əsasında Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən ilk “Rafale” qırıcısı istehsal xəttindən çıxıb.

“Poliqon”un xəbərinə görə, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, bu qırıcı, “Rafale”lərin BƏƏ Hərbi Hava Qüvvələrinə (HHQ) tədarükünə başlanmazdan əvvəl ilkin sınaqlar üçün istifadə olunacaq.

Xatırladaq ki, 2021-ci ildə BƏƏ hökuməti tərəfindən “Dassault Aviation” şirkətinə 80 ədəd “Rafale” sifariş edilib. Sifariş üzrə qırıcıların 2027-ci ildən BƏƏ HHQ-yə təhvil verilməsinə başlanacaq.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

GielFRcXcAElYcl

GiebH

Seçilən
1
poliqon.az

1Mənbələr