ABŞ-da təyyarənin qəzaya uğradığı yerdə xilasetmə əməliyyatına 300 nəfər cəlb olunub.
Modern. az “NBC news” telekanalına istinadən xəbər verir ki, bununla bağlı paytaxtın yanğınsöndürmə və təcili tibbi yardım xidmətinin rəhbəri Con Donnali Reyqan hava limanında keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, baş vermiş təyyarə qəzası qurbanların sayına görə son onilliklər ərzində ABŞ-də ən böyük qəza ola bilər.
Xatırladaq ki, ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İndiyədək 19 nəfərin həlak olduğu bildirilib.