AZ

Saxta içkini necə ayırd edək? -Bu əlamətlərə diqqət!


Türkiyəli sinə xəstəlikləri mütəxəssisi Prof. Dr. Tofiq Özlü saxta içkilərlə bağlı xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, saxta içkilərin qalıcı korluq, böyrək çatışmazlığı və hətta ölümlə nəticələnə biləcəyinə diqqət çəkən Özlü deyib:

"İçkini içərkən saxta olub-olmadığını müəyyən etmək mümkün deyil. Nə dadı, nə qoxusu, nə də rəngi var. Ucuz bir içkinin qiyməti sizi narahat etməlidir.

Saxta spirtin ilk əlamətlərini içərkən fərq etməzsiniz. İçdikdən sonra bir müddət əlamətlər hiss olunmaya bilər.

Ehtiyatlı olun və özünüzü saxta spirtdən qorumağa çalışın. Saxta spirtin ilk əlamətləri baş ağrısı, qarın ağrısı, tarazlıq və nitq pozuntusudur. Halüsinasiyalara və böyrək çatışmazlığına səbəb ola biləcək təsirlərə malikdir".

Aygün
Medicina.az



Seçilən
2
medicina.az

1Mənbələr