“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı haqda danışıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi 8 turun nəticələrinə əsasən, 1/8 finala vəsiqə qazanmağı bacarmayıb. Sıralamada 11-ci yeri tutan "kral klubu" mübarizəni pley-offda davam etdirəcək.
Ançelotti isə buna görə ÇL-in yeni formatını tənqid edib: “Yeni format... Həddindən artıq çox matç oynanılıb. Biz bu cür lazımsız oyunları ləğv etməliyik. Yeni formatı bəyənib-bəyənməməyimin fərqi yoxdur. Məsələ futbolçuların üzləşdiyi çətinliklərdir. Lakin yenə də bu Çempionlar Liqasını qəbul etməli və yola davam etməliyik”.
Qeyd edək ki, ÇL-də yeni format ilk dəfə cari mövsümdə tətbiq olunub. Bu formata əsasən, turnirdə qrup mərhələsi yox, ümumi Liqa mərhələsi oynanılıb. Həmin mərhələdə isə 36 komanda iştirak edib. Bu say qrup mərhələsində 32-yə bərabər idi (hər birində 4 komanda olan 8 qrup).
Liqa mərhələsində 1-8-ci yerləri tutan klublar 1/8 finala, 9-24-cü pillələrin sahibləri isə pley-offa yüksəliblər. 25-36-cı yerlərdəki komandalar ÇL-lə vidalaşıblar.