ABŞ prezidenti Donald Tramp Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasına icazə verən “antisemitizmlə mübarizə” mövzusunda prezident fərmanı imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sözügedən fərman ABŞ-də Fələstinə dəstək verən və bu çərçivədə müxtəlif nümayişlərə qatılan tələbələrin deportasiya edilməsinə qapı açır.
O, 7 oktyabr 2023-cü ildə HƏMAS hücumlarından sonra ABŞ-də kampuslarda yəhudi tələbələrə qarşı ayrı-seçkiliyin və təhdidlərin artdığını müdafiə edərək, səssiz qalmayacaqlarını bildirib.