AZ

Ermənistanda təyyarələrin uçuşdan əvvəl yoxlanılması GÜCLƏNDİRİLƏCƏK

Ermənistanda hava limanlarında təyyarələrin uçuşdan əvvəl yoxlanılması gücləndiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan hökuməti hava limanlarında təyyarələrin uçuşdan əvvəl yoxlanılmasını gücləndirməyi planlaşdırır.

Müvafiq qanun layihəsi elektron aktların elektron layihəsinin vahid platformasında dərc olunub.

Layihəyə əsasən, mülki aviasiya təhlükəsizliyinin milli proqramına dəyişikliklərin edilməsi, onun mövcud beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur.

Xüsusilə, aviasiya təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılmasına kömək edəcək yeni qaydaların tətbiqi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
interpress.az

1Mənbələr