AZ

Tramp administrasiyasından səs-küylü AÇIQLAMA

ABŞ prezidenti Donald Trampın administrasiyası ilk səkkiz gündə keçmiş lider Co Baydenin komandasının dörd il ərzində bacardığından daha çox işlər görüb.

Publika.az xəbər verir ki, bu səs-küylü bəyanatı ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində səsləndirib.

O vurğulayıb ki, Tramp administrasiyası üçün prioritet istiqamətlər iqtisadi və miqrasiya böhranı ilə mübarizə olacaq. Vensə görə, ABŞ öz sərhədlərinə nəzarəti bərpa etməlidir.

O qeyd edib ki, yanvarın 19-da Trampın andiçmə mərasimindən bir gün əvvəl qeyri-qanuni sərhəd keçidlərinin sayı 5 gündən sonra 1300-ə yaxın olub, yeni administrasiya bu rəqəmi 60 faiz azaldıb.

Seçilən
0
publika.az

1Mənbələr