Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh prosesində öz vasitəçiliyini təklif edir.Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Qeyd etmək istərdim ki, Gürcüstan regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əsl vasitəçi olmaq istəyir və biz, şübhəsiz ki, qonşu ölkələrimiz arasında gedən sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bildirəcəyik”, - deyə Boçorişvili bildirib.
O, sülh müqaviləsində hər iki tərəfin maraqlarına əsaslanan maddələr olacağına ümid etdiyini deyib: "Yalnız bu, regionda sabitliyi təmin edəcək".
Zərintac MayisqızıMissiya.Az