Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı Alparslan Bayraktar öz "X" hesabında paylaşım edib .
Bildirilib ki, onlar enerji, xüsusilə təbii qaz sahəsində davam edən əməkdaşlığı dəyərləndiriblər.
"Biz dost və qardaş ölkəmiz Azərbaycanla enerji sahəsində əlaqələrimizi intensiv şəkildə davam etdiririk. Biz Cabbarovla enerji, xüsusilə də təbii qaz sahəsində davam edən əməkdaşlığımızı qiymətləndirdik. İnkişaf edə biləcəyimiz yeni layihələr haqqında məsləhətləşdik", - deyə paylaşımda qeyd olunub.