Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin dekabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədədə çatıb.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında bildirilir.
2023-cü ilin sonu ilə müqayisədə bu göstərici 17.6% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil etmişdir.