Vaşinqtondakı fəlakət Zelenski üçün pis xəbərdir.
İnterpress.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Amerikada baş verən təyyarə qəzasını şərh edərkən bildirib.
“Vaşinqtondakı fəlakət Zelenski və onun Ukraynadakı banderləri üçün pis xəbərdir. Bu fəlakət göstərir ki, ABŞ pulu uzaq ölkələrdə hərbi avantüralara yox, ABŞ ordusunda nizam-intizam yaratmaq üçün xərcləməlidir. Əsas macəra isə Ukraynadadır.
Buna görə də Vaşinqtondakı fəlakət Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin azalmasına səbəb olacaq – bu pullar indi ABŞ Ordusuna gedəcək”, – Markov qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az