\"Coca-Cola\" istehsal müəssisəsində müntəzəm yoxlamalar zamanı xlorat aşkar edildikdən sonra geniş miqyaslı geri çağırış elan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yüksək rezonans doğuran geri çağırma qərarından sonra ABŞ-da yerləşən kartof çipi nəhəngi \"Lay\'s\" satışa təqdim etdiyi məhsulla bağlı oxşar addım atdı.
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) verdiyi açıqlamaya görə, sırf ABŞ bazarı üçün istehsal edilən 350 qramlıq paketdə \"Lay\'s\" çipsinin içərisində daha əvvəl bəyan edilməmiş süd məhsulu aşkar edilib.
FDA, bunun xüsusilə süd alergiyası və ya həssaslığı olan şəxslər üçün ciddi risklər yaratdığını və hətta ölümcül allergik reaksiyalara səbəb ola biləcəyini bildirib.
FDA, tərkibində süd olan \"Lay\'s\" çipslərini \"Sinif 1 təhlükə\" kateqoriyasında ən yüksək risk kimi qiymətləndirib. Səlahiyyətlilər qeyd ediblər ki, bu riskli çiplər yalnız Vaşinqton və Oreqon ştatlarında satılır. Bununla belə, istehlakçıların bu məhsulları istehlak etməməli və geri qaytarmalı olduğu vurğulanıb.
FDA mütəxəssisləri xəbərdarlıq etdi ki, süd allergiyası olan şəxslər bu çipləri istehlak etsələr, ciddi, həyati təhlükəsi olan sağlamlıq problemləri ilə üzləşə bilərlər.
Gülay