AZ

Yaponiyanın Baş naziri fevralın 7-də Trampa görüşəcək

Yaponiyanın Baş naziri Şiqeru İşiba fevralın 7-də ABŞ prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə səfər etməyi planlaşdırır, məsələ ilə bağlı məlumatlı ?Kyodo News? paylaşıb.

Agentliyin məlumatına görə, Trampla görüş zamanı İşiba azad və açıq Hind-Sakit okean regionunun təmin edilməsi üçün ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayacaq.

İşiba bildirib ki, Yaponiya və ABŞ qarşılıqlı milli maraqlar əsasında daha güclü əlaqələr qurmalıdır. O, bu ideyanı Trampa “məğlubiyyətsiz” variant kimi təqdim edəcək.

Qeyd edək ki, Yaponiya inaqurasiyadan əvvəl də Baş nazirin ABŞ prezidenti ilə görüşməsini nəzərdən keçirib. İndi isə Trampla “mümkün qədər tez” görüşmək istəyir.

Seçilən
7
banker.az

1Mənbələr