Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçünhəyata keçirdiyi təşəbbüsləri davam etdirir.
Bank 30 yanvar – 21 fevral 2025-ci il tarixləri arasında davamedəcək yeni kampaniya çərçivəsində KOS müştərilərinə biznesləriniböyütmək və maliyyə xərclərini azaltmaq üçün onlayn bizneskreditini 1% endirimlə əldə etmək imkanı təqdim edir. Bu fürsətdənistifadə edəcək sahibkarlar 250 000 AZN-dək girovsuz onlayn bizneskreditini 12%-dən deyil, yalnız 11%-dən başlayan şərtlərlə əldə edəbilərlər.
Bundan əlavə, onlayn biznes kreditindən faydalanan müştərilər“Tarifim” məhsulu üzrə 1 000 000 AZN-dək ölkədaxili ödənişləri və250 000 AZN-dək valyuta mübadiləsi əməliyyatlarını 12 ay müddətinətamamilə komissiyasız icra edə bilərlər.
Keçirilən kampaniya haqqında ətraflı məlumat almaq və bufürsətdən yararlanmaq üçün linkə keçid edə bilərsiniz.
Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıqseqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” nüfuzlubeynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən yaxşı KOSbankı” mükafatına layiq görülüb. Ölkənin aparıcı korporativ maliyyəqurumu kimi "PAŞA Bank" müştərilərinə maliyyələşməyə çıxışıgenişləndirməyə, innovativ bank xidmətləri və əlavə dəyərxidmətləri təqdim etməyə davam edəcək.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /(+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edəbilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksəkqiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadiolaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlədaima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onlarınfikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraqbizimlə bölüşmək istədiyiniz məqamları [email protected]ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.