AZ

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 46 manatdır.

İddiaçılar təkliflərini fevralın 13-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 5 min manat ödənilib.

Seçilən
1
2
report.az

4Mənbələr