AZ

Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.

Bu barədə Avtosfer.az-a Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "Qryaduşiy" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.

Seçilən
4
10
avtosfer.az

10Mənbələr