1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail və HƏMAS arasında yanvarın 19-da əldə edilən atəşkəs və məhbus-girov mübadiləsi üzrə razılaşmanın qüvvəyə minməsindən sonra razılaşmanın birinci mərhələsi çərçivəsində yanvarın 30-da üçüncü girov mübadiləsinin baş tutması gözlənilir.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə İsrail baş nazirinin ofisindən məlumat verilib.
Məlumata görə, HƏMAS bu gün (yanvarın 30-da) 5 tailandlı və 3 israilli girovu, İsrail isə həbsxanada saxlanılan 110 fələstinlini azad edəcək.
İsrail rəsmiləri azadlığa buraxılacaq yəhudi girovların 29 yaşlı Arbel Yehoud, 19 yaşlı Aqam Berqer və 80 yaşlı Qadi Moşe Mozes olduğunu açıqlayıb və bununla bağlı onların ailələrinə məlumat verildiyini bildiriblər.
HƏMAS verdiyi yazılı açıqlamasında İsrail həbsxanalarından 110 fələstinlinin azad ediləcəyini açıqlayıb. Açıqlamaya görə, fələstinlilərdən 30-u uşaqdır, 32-si ömürlük, 48-i isə ağır həbs cəzası almış məhbuslardır. Ömürlük həbsə məhkum edilən 17 fələstinli məhbusun və ağır həbs cəzası alan 3 nəfərin isə Fələstin xaricinə göndəriləcəyi qeyd edilib.
Xatırladaq ki, yanvarın 19-dan bu yana HƏMAS 7 israilli girovu, İsrail isə 290 fələstinli məhbusu azad edib.