AZ

Müdafiə Nazirliyinin keçmiş vəzifəliləri ev dustaqlığına buraxılıb

Image

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıb. Bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib. Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər.

Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub. Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəm və ya israf etmə) və 32.5, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə Şahin Əbülfəz oğlu Cəfərov zərərçəkmiş qismində tanınıb.

Mətləb Salahov






Seçilən
2
6
baki-xeber.com

10Mənbələr