AZ

Aİ-nin müşahidə missiyası daha iki il Ermənistanda qalacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı qərarı təsdiqləyiblər, buna əsasən avropalı müşahidəçilər daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalacaqlar.

Missiya.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak məlumat verib.

Bildirilib ki, bu qərar yaxın gələcəkdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, missiyanın müşahidə zonası Naxçıvan da daxil olmaqla bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanır.

 

Daşqın HəsənovMissiay.Az

Seçilən
3
missiya.az

1Mənbələr