AZ

"İnter"in hücumçusu qol sayında klubun bombardirinə çatıb

İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martines UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.

"Report" xəbər verir ki, 27 yaşlı hücumçu buna Fransa təmsilçisi "Monako"ya qalib gəldikləri (3:0) turnirin Liqa mərhələsinin VIII turunun matçında het-trik etməklə nail olub.

Argentinalı forvard Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 17-ci qolunu vurub. O, bu göstəricidə "İnter"in ÇL-dəki bombardiri Sandro Matsolaya çatıb.

Bundan əlavə, Martines Samuel Etodan sonra Çempionlar Liqası oyununda "İnter"in heyətində het-trik edən ikinci oyunçudur. Kamerunlu hücumçu 2010-cu ildə Almaniyanın "Verder" klubu ilə görüşdə rəqib qapısından üç top keçirib.

Seçilən
0
report.az

1Mənbələr