“Körpü-Bina-Tikinti” MMC nəhəng tenderlərdən daha birinin qalibi olub. Tribuaninfo.az xəbər verir ki, bu barədə açıq mənbələrə məlumat yayılıb.
Sözügedən şirkət Ağdamda böyük bir layihənin icrasına hazırlaşır. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa. Tikinti və İdarəetmə Xidməti Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini “Körpü-Bina-Tikinti” MMC-yə həvalə edib. Bununla bağlı tərəflər arasında 29.983.233,73 manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, sözügedən «Körpü-Bina-Tikinti» MMC 2001-ci ildə təsis edilib. 2004-cü ildən sonra milyonluq layihələrdə yer alıb. «Körpü-Bina-Tikinti» MMC-nin nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Şirkəti rəhbəri Xəlil Göyüşovdur.
Qeyd edək ki, KTB-nin bir qədər əvvəl güclü yağışların yağması nəticəsində Sabunçu tunelini su basması və hadisədən iki nəfərin ölməsində ittiham edilirdi. Buna səbəb isə şirkətin inşa etdiyi tuneldə su ötürücü nasosları quraşdırmaması göstərilirdi. Həmin vaxt şirkət heç açıqlama verməyi də özünə sığışdırmamışdı.
İndi isə Ağdamı “ağ günə” çıxarmaq fikrindədir. Sabunçuda “gül dərdi”, Ağdamda da “gülab çəkəcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta