Bakı. Trend:
Səhiyyə sahəsinə vəsait qoyuluşu dinamik olaraq artmaqdadır.
Trend xəbərverir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri ƏhlimanƏmiraslanov bu gün parlamentdə keçirilən “İlkin səhiyyə xidməti:mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlliyolları” mövzusunda dinləmədə deyib.
O bildirib ki, hazırda səhiyyə sahəsində qoyulan məbləğ 3milyard manata çatır.
“5 il bundan əvvəl səhiyyəyə vəsait qoyuluşu 80 milyon manattəşkil edirdisə, hazırda İcbari Tibbi Sığorta Fondunun vəsaitləridə daxil olmaqla bu vəsait 3 milyard manata yaxındır. Həmçinin, sonillər 700-dən artıq xəstəxana ya inşa edilib, ya da yenidənqurulub, müasir avadanlıqlarla təchiz edilərək, əhalininistifadəsinə verilib”.