AZ

İki nəhəng şirkət əməkdaşlığa başlayıb

İki

Nəhəng və güclü rəqiblər kimi tanınan "Apple" şirkəti "iPhone"-lara "Starlink" dəstəyini almaq üçün "SpaceX" şirkəti ilə əməkdaşlıq etməyə başlayıb.

Reyting.az
-ın məlumatına görə, "Bloomberg" və "Reuters" agentliyi mənbələrinə istinadla bildirirlər ki, Amerikanın nəhəng şirkəti "Apple""iPhone" istifadəçilərinə tam keyfiyyətli yardım etməkdən ötrü onları "Starlink" peyk dəstəyi ilə təmin etmək üçün məxfi şəkildə "SpaceX" və "T-Mobile" şirkəti ilə əməkdaşlıq edir.

Bildirilir ki, 2025-ci ilin yanvar ayının 27-də tamamilə "səssizcə" ictimaiyyətə açıqlanmadan "Starlink"-in dəstəyi üçün beta testi xüsusiyyəti ilə bir proqram yeniləməsi buraxılıb. Hazırda sınaqdan çıxmış beta test proqramına çox az sayda "iPhone" qoşulub.

Beta sınağının bir hissəsi olmaqla, erkən proqramı tətbiq edənlər daha sonra isə "T-Mobile" şirkətindən mətn mesajlarını alıblar. Mesajda yazılıb: "Artıq siz də adı çəkilən "T-Mobile" şirkətinə məxsus olan "Starlink"-in beta-test proqramındasınız. İndi siz dünyanın demək olar k, istənilən yerindən peyk mətn mesajları vasitəsilə əlaqə saxlaya bilərsiniz. Siz onu istifadə etməyə başlamaq üçün sadəcə "iOS 18.3" tətbiqini yeniləyin".

Bu texnologiya belə işləyəcək:

"iPhone" müəyyən bir şəraitdə mobil əhatə dairəsi olmayan bir ərazidə olduqda, maneəsiz "SpaceX" peyklərinə qoşulmağa çalışacaq.

"Bloomberg"-in məlumatına görə, üstəlik, "SpaceX" şirkəti ilə "T-Mobile" gələcəkdə məlumatları və səsli zəngləri daxil etmək üçün bu yeni proqramı genişləndirməyi də planlaşdırırlar.

Qeyd edək ki, bir müddət əvvəl hətta bu texnologiyanı bəzi tədqiqatçılar ABŞ-nın çox yaxın gələcəkdə güclü xilaskarı kimi tanınacağını deyiblər. 2024-cü ilin oktyabrında ABŞ-nın Federal Rabitə Komissiyası İlon Maskın sahibi olduğu bu şirkətin fəaliyyətindəki uğurları nəzərə almaqla, "SpaceX", eləcə də "T-Mobile" şirkətlərinə daha da böyük səlahiyyət verib.

Bu iki məşhur şirkətə Amerikada, yəni Şimali Karolina ştatında baş vermiş fəlakət nəticəsində, Helene qasırğasının dağıtdığı ərazilərdə rabitəni təmin etmək üçün indən sonra "Starlink" peyklərindən istifadə etməyə icazə verilib.

Oqtay QORÇU
Seçilən
0
reyting.az

1Mənbələr