AZ

7 ildir mənzil gözləyirlər, binada isə iş getmir - ŞİKAYƏT

Yaşadıqları ünvanın pilot layihə olduğu və onlara yeni tikilən binalardan mənzillər veriləcəyi deyilsə də 7 ildir ki, nə mənzillər verilir, nə də tikilən binada iş gedir.

Milli.Az xəbər verir ki, söhbət paytaxtın Təbriz və Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən 2 və 4 ünvanından gedir.

Sakinlər bildirir ki, evləri pilot layihə çərçivəsində plana düşüb. Onlara elə eyni ünvanda yeni mənzillə təmin ediləcəyi deyilib, müqavilələr imzalanıb.

Sakinlərin sözlərinə görə, onlarla müqavilə bağlayan "N-turan" şirkəti olsa da, sözügedən şirkət daha sonra "Olimpus MTK" ilə ortaq olur.

Məsələ ilə bağlı sözügedən şirkətdən bildirdilər ki, şikayətçilərin kirayə haqqlarının ödənməsində heç bir problem yoxdur. Digər şikayətlər isə araşdırılacaq. 

Asya
Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr