Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, bu raundun ilk qarşılaşmaları eyni gündə təşkil olunub.
"Aznur" "Göyçə"yə 6:3 hesabı ilə qalib gəlib. "Birbaşa Bakı" "Laçın"ı 13 qolla məyus yola salıb.
"Sumqayıt" "Galaxy"ni minimal hesabla yenib - 1:0. "Zirə" isə "Star Bakı"ya böyük hesabla qalib gəlib- 7:1.